...

Azərbaycanın millət vəkili Avronest PA-nın sessiyasında qəbul ediləcək sənədlərin müzakirəsində iştirak edib

Siyasət Materials 1 Sentyabr 2011 14:52 (UTC +04:00)
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, millət vəkili Elxan Süleymanov AVRONEST PA-nın 14-15 sentyabrda Strasburqda keçiriləcək ilk sessiyasına hazırlıq məsələlərinin müzakirəsində iştirak edib.
Azərbaycanın millət vəkili Avronest PA-nın sessiyasında qəbul ediləcək sənədlərin müzakirəsində iştirak edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, millət vəkili Elxan Süleymanov AVRONEST PA-nın 14-15 sentyabrda Strasburqda keçiriləcək ilk sessiyasına hazırlıq məsələlərinin müzakirəsində iştirak edib. Bu barədə Trend-ə millət vəkilinin seçki qərargahından bildirilib.

Ukraynanın paytaxtı Kiyevdə keçirilən görüş zamanı sessiyada qəbul ediləcək sənədlər müzakirə edilib.

Qeyri-formal xarakterli görüşdə Ukrayna və Azərbaycanla yanaşı, Avronest PA-da Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri də iştirak ediblər.

2011-ci ilin mayın ayının 3-də Avropa Parlamentinin Brüsseldəki mənzil-iqamətgahında Avronest Parlament Assambleyasının (PA) təsis yığıncağı keçirilib. Azərbaycanlı deputat Elxan Süleymanov iclasda yekdilliklə Avronest PA sədrinin müavini və büro üzvü seçilib. Eyni zamanda, Süleymanov Azərbaycanın Avronest PA-dakı deputat qrupunun rəhbəri vəzifəsinə seçilib.

Azərbaycan qurumda 10 deputatla təmsil olunur. Avronest PA-nın təsis mərhələsində Azərbaycan nümayəndə heyətinin apardığı fəaliyyət nəticəsində Milli Məclisin deputatı Fuad Muradov Enerji təhlükəsizliyi məsələləri üzrə komitənin həmsədri seçilib.

Xəbər lenti

Xəbər lenti