Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclisin payız sessiyasında beynəlxalq əlaqələrin inkişafı istiqamətində çox işlər görüləcək. Trend-in məlumatına görə, bunu Parlamentin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
"Ümumiyyətlə, payız sessiyasında beynəlxalq əlaqələrimizin inkişafı istiqamətində çox işlər görüləcək. İlk dəfə olaraq oktyabrın 10-11-də Milli Məclisdə bir neçə dövlətləri özündə birləşdirən Parlament assambleyalarının birgə toplantısı olacaq. GUAM PA, Baltikyanı ölkələr PA-nın təşəbbüsü ilə keçiriləcək və Benilüks, MDB PA və TÜRK PA-nın üzvlərinin iştirak edəcəyi böyük konfrans təşkil olunacaq", - Əsədov deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra Milli Məclisdə MDB PA-nın Hüquq məsələləri daimi komissiyasının və Mərkəzi Seçki komissiyalarının birgə iclası keçiriləcək.
Oqtay Əsədov: Azərbaycanda bir sıra Parlament assambleyalarının birgə toplantısı keçiriləcək
Milli Məclisin payız sessiyasında beynəlxalq əlaqələrin inkişafı istiqamətində çox işlər görüləcək. Trend-in məlumatına görə, bunu Parlamentin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
