...

İraqın şimalındakı kürd administrasiyasının Baş naziri bu gün Türkiyəyə gələcək

Siyasət Materials 20 Oktyabr 2011 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İraqın şimalındakı kürd administrasiyasının Baş naziri Neçirvan Bərzani bu gün Türkiyəyə gələcək. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verir.

Əvvəlcədən elan edilməmiş səfər çox güman ki, PKK yaraqlılarının Hakkari vilayətində türk hərbiçilərə qarşı törtədikləri və 24 nəfərin ölümü ilə nəticələnən dünənki hücumu ilə bağlıdır.

Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətində PKK yaraqlılarının hərbçilərə hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb.

Bərzani Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə PKK-nın terrorçu fəaliyyəti ilə bağlı mübarizə məsələsini müzakirə edəcək.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bir müddət əvvəl Bərzani bəyan etmişdi ki, Türkiyə İraqın şimalında hərbi əməliyyatlar aparmaqla terrorla mübarizədə nəticə əldə edə bilməyəcək. Bərzani hər iki tərəfi silahı yerə qoymağa və danışıqlara başlamağa çağırmışdı. O, həmçinin, kürd separatçılarının mövqelərinə endirilən aviazərbələr nəticəsində bu regionun dinc sakinlərinin həlak olmasından narahatlığını ifadə etmişdi.

Xəbər lenti

Xəbər lenti