...

Azərbaycan Prezidenti Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 Oktyabr 2011 19:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsini və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq onun ənənəvi olaraq təşkil edilməsi zəruri sayılsın.

Xarici İşlər Nazirliyinə müvafiq qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsində əksini tapmış müddəaların gerçəkləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirmək tapşırılıb.

Bundan başqa, sərəncamda bildirilir ki, Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılsın; Komitənin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti Administrasiyasının dörd ştat vahidi hesabına Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu yaradılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycanın paytaxtına 2011-ci il oktyabrın 10-11-də Bakı Beynəlxalq Humanitar Forumu keçirilib.

Xəbər lenti

Xəbər lenti