...

Rusiya Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib

Siyasət Materials 18 Noyabr 2011 17:53 (UTC +04:00)
Rusiya Dövlət Duması Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.
Rusiya Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Rusiya Dövlət Duması Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. Xəzər dənizində təhlükəsizliyin təminatının Xəzəryanı dövlətlərin müstəsna hüququ olması sənədin əsas müddəalarından biridir. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS agentliyi xəbər verir.

Sənəd bütün Xəzəryanı dövlətlərin - Rusiya Federasiyası, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçıları tərəfindən 2010-cu il noyabrın 18-də Bakıda keçirilən III Xəzər sammitində imzalanıb.

Sənəd Xəzəryanı ölkələrin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, qaçaqmalçılıqla, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə kimi sahələrdə əməkdaşlığı üçün hüquqi əsas yaradır.
Tərəflər, həmçinin silah və hərbi texnikanın, partlayıcı və zəhərləyici maddələrin, narkotiklərin qanunsuz dövriyyəsi, cinayət yolu ilə əldə olunan pulların yuyulması ilə mübarizədə də əməkdaşlıq etmək niyyətindədirlər.

Saziş dəniz gəmiçiliyi, dənizdə səyahətin təhlükəsizliyinin təmin olunması, piratçılıq və brakonyerliklə mübarizədə də qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti