Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir S. Ağayeva/
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov 28-30 noyabr tarixində Qətərə səfəri zamanı nəqliyyat sektorunda qarşılıqlı investisiyaların qoyulması ehtimalını müzakirə edəcək. Bu barədə Trend-ə Azərbaycanın Qətərdəki səfirliyində məlumat verilib.
Səfər Qətərın kommersiya və ticarət naziri şeyx Casim bin Əbdel Əziz əl-Taninin dəvəti ilə təşkil olunub.
Səfirlikdən verilən məlumata görə, səfər çərçivəsində Ziya Məmmədovun ölkənin rəsmiləri ilə görüşləri də planlaşdırılıb.
Azərbaycan və Qətər nəqliyyat sektorunda qarşılıqlı investisiyaların qoyulmasını müzakirə edəcəklər
Azərbaycan və Qətər nəqliyyat sektorunda qarşılıqlı investisiyaların qoyulmasını müzakirə edəcəklər.
