...

İlham Əliyev karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 19 Dekabr 2011 17:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Sumqayıta səfəri çərçivəsində azot gübrəsi – karbamid istehsalı zavodunun təməlinin qoyulması mərasimində iştirak edib
İlham Əliyev karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Sumqayıta səfəri çərçivəsində azot gübrəsi - karbamid istehsalı zavodunun təməlinin qoyulması mərasimində iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı zavodun sxemini, texniki göstəricilərini və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, 24 hektar ərazidə inşa olunacaq zavodun tikintisi 2014-cü ildə başa çatdırılacaqdır. Zavodun gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək.

Bildirildi ki, zavodun tərkibində ammonyak və karbamid mayesi istehsalatı və əmtəəlik karbamid istehsalı bölməsi fəaliyyət göstərəcəkdir. Zavodun əmtəəlik məhsulları ammonyakdan və karbamiddən ibarət olacaq.

Diqqətə çatdırıldı ki, zavodun inşası zamanı 3 min, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq.

Dövlətimizin başçısı Dövlət Neft Şirkətinin mütəxəssislərinə və inşaatçılara tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti