...

İran parlamentində dava düşüb

Siyasət Materials 27 Dekabr 2011 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İran parlamentinin açıq iclasında deputatla dövlət məmuru arasında dava düşüb. Belə ki, İranın subsudiyaların məqsədyönlü paylanması üzrə təşkilatının rəhbəri Behruz Muradinin parlamentin üzvü Hüseyn Hüseyni ilə sözü çəp gəlib və onun üzünə sillə vurub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İranın FARS xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, hadisədən sonra nümayəndələr arasında çaxnaşma yaranıb və onlar qarşıdurmanın qarşısını alıblar. Parlamentin spikeri Əli Laricani Behruz Muradini parlamentin iclasından çıxarılmasına dair göstəriş verib.

Muradi bu gün parlamentə subsudiyalar haqqında qanunun 12-ci maddəsi ilə bağlı hesabat vermək üçün çağırılmışdı.

Xəbər lenti

Xəbər lenti