Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Misirin Baş prokurorluğu sabiq Prezident Hüsnü Mubarək, keçmiş daxili işlər naziri Həbib əl-Ədli və onun 6 müavininə asmaq yolu ilə ölüm cəzası verilməsini tələb edib. Trend-in "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu barədə cümə axşamı Misirin MEHA agentliyi xəbər verib.
Mübarək və DİN-in sabiq rəhbəri 2011-ci ildə xalq üsyanı zamanı dinc nümayişçilərin güllələnməsində iştirakda təqsirli bilinirlər.