Qazaxıstan, Astana, 15 yanavar /Trend, müxbir L.Podolyak/
Astana vaxtı ilə saat 14:00-a olan məlumata görə, Qazaxıstanda keçirilən parlament seçkilərində seçicilərin 5 milyonu və ya 55.5 faizi səsvermədə iştirak edib. Trend-in məlumatına görə, bunu MSK-nın üzvü Marat Sarsembaev deyib.
Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.
Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.
Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir.