...

Azərbaycan Seulda nüvə təhlükəsizliyi sammitində iştirak edəcək

Siyasət Materials 9 Fevral 2012 13:54 (UTC +04:00)
Azərbaycan, Litva və Danimarka martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakını təsdiqləyib.
Azərbaycan Seulda nüvə təhlükəsizliyi sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycan, Litva və Danimarka martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə sammitin təşkilatçıları məlumat verib.

Tədbirdə 50 dövlətin nümayəndə heyətləri iştirak edəcək. Bu, miqyasına görə 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşkil etdiyi sammitdən sonra ikinci sammit olacaq. Həmin sammitdə 47 ölkə iştirak edib.

Sammitə hazırlıq üzrə katiblikdən bildirilib ki, yanvar ayında tədbirdə iştirak üçün Azərbaycan, Litva və Danimarkaya dəvət göndərilib və bu dəvətlər qəbul olunub. Sammitdə BMT baş katibi Pan Gi Mun da iştirak edəcək.

Sammitin əsas müzakirə mövzuları nüvə terrorçuluğu təhlükəsinin qarşısını almaq, radioaktiv materialların mühafizəsi, atom enerjisinin təhlükəsiz şəkildə istifadəsinin təmin olunmasıdır. Sammitin yekununda sənəd qəbul olunacaq. Tədbirdə növbəti analoji sammitin 2014-cü ildə Niderlandda keçirilməsi barədə qərar qəbul olunması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti