...

Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkilərində səslərin əksəriyyətini Vladimir Putin toplayıb (FOTO)

Siyasət Materials 5 Mart 2012 00:13 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya prezidenti seçkilərində səsvermə başa çatıb. Azərbaycanda yaşayan və seçkilərdə səs verən Rusiya vətəndaşlarının sayı 2212 nəfər təşkil edib. Bu barədə Trend-ə dairə seçki komissiyasının sədri Oleq Kroxin bildirib.
Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkilərində səslərin əksəriyyətini Vladimir Putin toplayıb (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya prezidenti seçkilərində səsvermə başa çatıb. Azərbaycanda yaşayan və seçkilərdə səs verən Rusiya vətəndaşlarının sayı 2212 nəfər təşkil edib. Bu barədə Trend-ə dairə seçki komissiyasının sədri Oleq Kroxin bildirib.

"Bakıdakı seçki məntəqəsində 1466 nəfər, Qəbələ şəhərindəki məntəqədə isə 743 səs verib" deyə Kroxin bildirib.

Səslərin əksəriyyətini "Vahid Rusiya" partiyasının namizədi, Baş nazir Vladimir Putin toplayıb. Bakıdakı seçki məntəqəsində 1093 nəfər və ya 74,4% ona səs verib.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə 30 nəfər və ya 2,04%, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanova 167 və ya 11,37 %, Ədalətli Rusiya Partiyasından olan namizəd Sergey Mironova 33 nəfər və ya 2,25%, müstəqil namizəd Mixail Proxorova 134 və ya 9,12% səs verib.

Hazırki seçkilər ilk dəfə olaraq altı il müddətinə keçirilir.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrinə martın 14-dən gec olmayaraq yekun vurmalı, martın 17-ə qədər isə nəticələr rəsmən dərc edilməlidir. Hazırki seçkilərdə seçilən Rusiya Federasiyası (RF) Prezidenti vəzifəsinə mayın 7-də başlamalıdır.

Xəbər lenti

Xəbər lenti