...

Rusiya Federasiya Şurası sədrinin Azərbaycana səfəri iki ölkənin münasibətlərinə müsbət təsir edəcək - səfir

Siyasət Materials 5 Aprel 2012 20:05 (UTC +04:00)
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun Azərbaycana səfəri iki ölkənin münasibətlərinə müsbət təsir edəcək.
Rusiya Federasiya Şurası sədrinin Azərbaycana səfəri iki ölkənin münasibətlərinə müsbət təsir edəcək - səfir

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir V.Javoronkova/

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun Azərbaycana səfəri iki ölkənin münasibətlərinə müsbət təsir edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Rusiya-Azərbaycan münasibətlərində müxtəlif elementlər mövcuddur ki, onlar arasında mədəniyyət, iqtisadiyyat və parlamentlərarası qarşılıqlı fəaliyyət də var. Parlamentlərarası fəaliyyətdə onların öz əməkdaşlıq mexanizmləri var ki, bu da komissiyalardır. Parlamentarilər Rusiya və Azərbaycan münasibətlərinin inkişafına kömək etmək imkanlarını da axtarırlar", - o deyib.

Onun sözlərinə görə, iki ölkənin nümayəndələri müxtəlif formatlarda görüşürlər və belə formatlardan biri də Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun səfəridir.

"Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun bu vəzifədə ilk xarici səfərini Azərbaycana etməsini burada düzgün anlayacaq və qiymətləndirəcəklər. Bu səfər iki ölkənin münasibətlərinə müsbət təsir göstərəcək", - səfir deyib.

Xanım Matvienko aprelin 8-9-da Azərbaycana rəsmi səfər edəcək. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Matvienkonun səfər çərçivəsində ölkə rəhbərliyi, həmçinin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri nəzərdə tutulur.

Onun Bakı Slavyan Universitetinə baş çəkəcəyi də gözlənilır.

Xəbər lenti

Xəbər lenti