...

VHP Gənclər Təşkilatının yeni sədri seçilib

Siyasət Materials 9 Aprel 2012 16:11 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX konfransı keçirlib.
VHP Gənclər Təşkilatının yeni sədri seçilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX konfransı keçirlib.

Partiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, konfrans zamanı təşkilatın seçkili orqanlarına seçkilər keçirilib.

Təşkilat sədrliyi uğrunda Baba Qamətli, Namiq Əhmədli və Pünhan İmamlı mübarizə aparıblar. Böyük səs çoxluğu ilə İmamlı sədr seçilib. Həmçinin, Gənclər Təşkilatının Məclis üzvlüyünə qeydə alınan 23 namizəddən 17-si Məclis üzvü seçilib. Nəzarət-Təftiş Qrupuna qeydə alınan 5 namizəddən 3-ü üzv seçilib.

Məclisin ilk toplantısı da keçirilib. Təşkilatın Şura üzvlüyünə 9 nəfər seçilib. Təşkilat sədrinin təqdimatı ilə Nicat Kamal birinci müavin, Baba Qamətli təşkilati işlər, Namiq Əhmədov siyasi məsələlər, Sevinc Məmmədova beynəlxalq məsələlər, Pərviz Həsənov mətbuatla iş, Salman Hüseynov ideoloji işlər üzrə müavin seçiliblər.

Nəzarət-Təftiş Qrupunun iclasında isə Vüsal Mehdiyev sədr seçilib.

Xəbər lenti

Xəbər lenti