...

Azərbaycan DGK və DSX-nin nümayəndələri Xorvatiya və Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 20 Aprel 2012 14:20 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri Xorvatiya və Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan DGK və DSX-nin nümayəndələri Xorvatiya və Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri Xorvatiya və Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə uğurla həyata keçirdiyi "Cənubi Qafqaz ölkələrində inteqrəedilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində nəzərdə tutulan səfər aprelin 23-dən 27-dək davam edəcək.

Layihənin 1-ci modulu çərçivəsində gerçəkləşəcək səfər müddətində Xorvatiya, Sloveniyanın İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Konsepsiyası ilə tanışlıq, bu dövlətlərin Sərhəd İdarəçiliyi Sistemi sahəsində əldə etdiyi müsbət təcrübəni bölüşmək və həmin təcrübənin Azərbaycanda mümkün tətbiqi variantlarının müəyyən edilməsi kimi məsələlər öz həllini tapacaq.

Səfərin maksimal səmərəsini təmin etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında aidiyyəti dövlət qurumlarının (DGK, DSX) rəhbər səlahiyyətli şəxslərindən ibarət Azərbaycan nümayəndə heyəti formalaşıb.

Nümayəndə heyətini Proqramın rəhbəri Məzahir Əfəndiyev müşayiət edəcək.

Səfər zamanı əldə olunmuş təcrübə və biliklər sərhəd-buraxılış məntəqələrində mövcud olan prosedurların təkmilləşdirilməsi imkanlarına dəstək vermək, sərhədlərin daha təhlükəsiz idarə olunması və ticarətin asanlaşdırılması sahəsində beynəlxalq standartlara uyğun prosedurların inkişafını təmin etməklə yanaşı, Dövlət Sərhəd Siyasətinin formalaşması və bu siyasət çərçivəsində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Konsepsiyasının işlənilməsində mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti