...

İlham Əliyev Dünya Bankının prezidentini təbrik edib

Siyasət Materials 20 Aprel 2012 18:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının prezidenti Cim Yen Kimə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Dünya Bankının prezidentini təbrik edib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının prezidenti Cim Yen Kimə təbrik məktubu ünvanlayıb.

"Dünya Bankının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz ölkəmizin Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızın daha da dərinləşdirilməsi naminə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik", - təbrikdə deylir.

İlham Əliyev Cim Yen Kimə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti