...

Ali Məhkəmə Arif Hacılının kassasiya şikayətini təmin etməyib

Siyasət Materials 24 Aprel 2012 13:08 (UTC +04:00)
Ali Məhkəmə Müsavat Partiyası Mərkəzi İcra Aparatının həbsdə olan rəhbərinin kassasiya şikayətini təmin etməyib.
Ali Məhkəmə Arif Hacılının kassasiya şikayətini təmin etməyib

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ali Məhkəmə Müsavat Partiyası Mərkəzi İcra Aparatının həbsdə olan rəhbərinin kassasiya şikayətini təmin etməyib.

Məhkəmədən Trend-ə verilən məlumata görə, bu gün məhkəmə Hacılının barəsindəki hökmün qanunsuz sayılması, ləğv olunması və ona bəraət verilməsi ilə bağlı kassasiya şikayətini əsassız saydığı üçün təmin etməyib.

Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti