...

Azərbaycanın Böyük Britaniyadakı səfiri mükafatlandırılıb (FOTO)

Siyasət Materials 25 Aprel 2012 17:33 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 24-də Böyük Britaniyanın "Diplomat" jurnalınının ənənəvi illik mükafatlandırma mərasimi keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Böyük Britaniyadakı səfiri mükafatlandırılıb.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 24-də Böyük Britaniyanın "Diplomat" jurnalınının ənənəvi illik mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov "Avrasiya" kateqoriyası üzrə "İlin diplomatı" mükafatı ilə təltif olunub.

Mərasimdə çıxış edən "Diplomat" jurnalının naşiri Hüqo van Kuffeler Azərbaycan səfirinə mükafatı təqdim edərkən deyib ki, ötən illər ərzində Azərbaycanın beynəlxalq arenada diplomatik uğurları artıb.

Bu ilin may ayında "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycan, həmçinin bu ilin əvvəlindən etibarən BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb və beynəlxalq məsələlərin həllində rolunu artırıb.

O, həmçinin qeyd edib ki, bu il həm də Azərbaycan və Böyük Britaniya arasındakı diplomatik münasibətlərin 20 illiyi qeyd olunur və bu müddət ərzində iki ölkə arasındakı ikitərəfli münasibətlər gündən-günə genişlənir.

Kuffeler bildirib ki, Böyük Britaniyada səfir kimi fəaliyyətə başlayandan bəri səfir Fəxrəddin Qurbanov ölkələr arasında əlaqələrin genişlənməsinə və ölkəsi haqqında həqiqətlərin Böyük Britaniyada yayılmasına töhfə verib. Bu mükafat səfirə öz ölkəsini Britaniyada layiqincə təmsil etdiyinə görə verilir.

Mükafatı qəbul edən səfir Fəxrəddin Qurbanov bildirib ki, bu yüksək mükafata layiq görülməsi onun üçün böyük şərəfdir və mükafatı təmsil etdiyi Azərbaycan xalqı və dövlətinin adından qəbul edir.

Belə bir mükafatla təltif edilməsinə görə münsiflər heyətinə minnətdarlığnı bildirən səfir, Azərbaycanın son illər ərzində əldə etdiyi dipomatik nailiyyətlərə diqqət çəkib və özünün bu mükafata layiq görülməsinin Azərbaycan diplomatiyasının uğurlarına verilən qiymət olduğunu vurğulayıb.

Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş "Diplomat" jurnalının "İlin diplomatı" mükafatı hər il keçirilən mərasimi ilə 12 nominasiya üzrə təqdim olunur. Mükafat Londonda fəaliyyət göstərən səfir və diplomatlara təmsil etdikləri dövlət və Böyük Britaniya arasındakı münasibətlərə verdiyi töhfə və mənsub olduqları ölkələrin Böyük Britaniyada təmsil edilməsindəki roluna görə verilir. Mükafat Böyük Britaniyada fəaliyyət göstərən diplomatik korpus arasında səsvermə və münsiflər heyətinin yekun rəyi əsasında verilir. Təqdimat mərasimində Azərbaycan səfiri ilə yanaşı, 11 müxtəlif ölkənin səfir və diplomatları da mükafata layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti