Azərbaycan, Bakı, 18 may /Trend/
Rusiya Federasiyası Türkiyədə antirusiya konfranslarının keçirilməsi ilə bağlı bu ölkənin RF-də müvəqqəti işlər vəkilinə bildiriş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi bildirib.
"Mayın 15-də Türkiyənin Rusiyada müvəqqəti işlər vəkilinə RF XİN-in dördüncü Avropa departamentində müvafiq bildiriş verilib", - Lukaşeviç qeyd edib.
O qeyd edib ki, mayın 12-13-də İstanbulda antirusiya xarakterli çox sayda tədbir keçirilib. "Tədbirlər zamanı Rusiya və onun rəhbərliyinin ünvanına qəbuledilməz ifadələr səsləndirilib. Üstəlik, Türkiyə hakimiyyəti bu yığıncaqların keçirilməsinə imkan verib", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, Moskva hesab edir ki, Ankarada antirusiya tədbirlərinin keçirilməsi iki ölkə arasında dialoq ab-havasınıı pozur.
"Türkiyədə iştirakçılarının birbaşa RF-nin ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təhdid edən antirusiya tədbirlərinin keçirilməsi yolverilməzdir", - o, İstanbulda yekunları üzrə bəyannamə qəbul edilən Qafqaz Beynəlxalq Konfransının keçirilməsini şərh edərkən deyib.
Lukaşeviç vurğulayıb ki, belə görüşlər iki ölkə arasında tərəfdaşlıq ab-havasını pozur və hakimiyyət tərəfindən dəf edilməlidir.