...

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Krans Montana Forumunun rəsmi açılışında iştirak ediblər

Siyasət Materials 29 İyun 2012 12:18 (UTC +04:00)
İyunun 29-də Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Krans Montana Forumunun rəsmi açılışında iştirak ediblər

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İyunun 29-də Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda dörd ölkənin dövlət başçısı, baş nazirlər, nazirlər və digər hökumət nümayəndələri iştirak edirlər.

Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan etmişdir.

Tədbiri Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron açdı.

Dövlətimizin başçısı Forumda nitq söylədi.

Xəbər lenti

Xəbər lenti