...

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 11 İyul 2012 19:15 (UTC +04:00)
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Emoməli Rəhmon və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti