Tacikistan Prezidenti Dövlət Bayrağı Meydanı və "Bakı Kristal Zalı" ilə tanış olub (FOTO)

Tacikistan Prezidenti Dövlət Bayrağı Meydanı və "Bakı Kristal Zalı" ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 11-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.

Tacikistanın dövlət başçısına məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bildirilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.

Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Tacikistanın dövlət başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.

Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.

Prezident Emoməli Rəhmon muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Tacikistanın dövlət başçısına xatirə hədiyyəsi təqdim olunmuşdur.

Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışdır.

Sonra "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"na gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona burada görülən işlər barədə də ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. "Bakı Kristal Zalı"nın əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Qeyd edilmişdir ki, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində möhtəşəm qələbə qazanan Azərbaycan bu uğuru müstəqil olduğu 20 il ərzində yarışmaya cəmi 4 dəfə qatılmaqla əldə etmişdir.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Britaniyalı müğənni Ed Şiran koronavirusa yoluxub
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
Ekvadorda qar uçqunu uçması nəticəsində ən azı 4 nəfər ölüb
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunduğunu açıqlayıb
44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr
Neftçala icra başçısının avtomobillə adam vurması ilə bağlı məlumat yanlışdır - İcra Hakimiyyəti
Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb
Bakıda ikimərtəbəli evdə yanğın olub
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyon seçici səs verib
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək - Regional menecer
Veteran cüdoçularımız dünya çempionatında daha 3 medal qazanıblar
Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Müdafiə Nazirliyi həftəlik icmal təqdim edib (VİDEO)
Özbəkistanda prezident seçkiləri başa çatıb
Gürcüstanın baş naziri ölkədə məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib
Dövlət qulluğuna qəbul çərçivəsində inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb
İsveçdə qətlə yetirilən 43 yaşlı soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Bütün xəbərlər