Prezident İlham Əliyev: Azərbaycan və Belarus arasında münasibətlər zamanın sınağından çıxmış, real əməkdaşlıqda sınanıb (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan və Belarus arasında münasibətlər zamanın sınağından çıxmış, real əməkdaşlıqda sınanıb (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan və Belarus arasında münasibətlər zamanın sınağından çıxmış, real əməkdaşlıqda sınanmışdır. Bu gün mənə xüsusilə xoşdur ki, Siz məni Belarus Respublikasının yüksək dövlət ordeni - "Xalqlar dostluğu" ordeni ilə təltif etməyi mümkün saymısınız. İnanın ki, mən ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırmaq üçün gələcəkdə də əlimdən gələni edəcəyəm. Bunu avqustun 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

"Ölkələrimiz arasında əməkdaşlığın mövcud səviyyəsi bizim birgə işimizin nəticəsidir. Düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlərin əsasını mənim atam Heydər Əliyev və Siz qoymusunuz. Lakin son illərdə bu münasibətlər, Sizin tamamilə düzgün səciyyələndirdiyiniz kimi, strateji tərəfdaşlar arasında münasibətlərə transformasiya etmişdir" İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, hər iki ölkə çox geniş məsələlər spektri üzrə əməkdaşlıq edir.

"Bu əməkdaşlığın dərinləşdirilməsinə aid konkret məsələləri həll edirik, beynəlxalq təşkilatlarda bir-birimizi çox fəal dəstəkləyirik. Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək qiymətləndiririk. Biz başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq elə budur - biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda, gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir.
Bu gün mən yenidən Sizin gözəl ölkənizə yola düşəndə əvvəlcədən güman edirdim ki, bu səfərim də uğurlu olacaqdır. Bunun üçün hər cür əsas vardır. Bu gün həll etdiyimiz məsələlər Azərbaycanda istehsalatı inkişaf etdirməkdə bizə çox cəhətdən kömək etmişdir. Mən bunu heç vaxt unutmaram. Bu, yəqin, real əməkdaşlığın ilk belə təcrübəsidir ki, Azərbaycanda müştərək istehsalat yaradılması barədə razılıq əldə edilməsindən layihənin həyata keçirilməsinə qədər bir neçə ay keçmişdir. Sizin iradəniz, tabeliyinizdə olanlara verdiyiniz göstərişlər sayəsində qısa müddətdə istehsal kompleksi yaradılmışdır. Bu gün həmin kompleks genişlənir və inkişaf edir. Bu gün biz həmin kompleksin bazasında yeni istehsalat yaradacağıq. Bu da bizim bugünkü müzakirələrin bir hissəsi olmuşdur.
Bir sahədə uğurlu əməkdaşlıq yeni ideyalar yaradır. Bu gün bizim nümayəndə heyətlərinin üzvləri yeni ideyalar irəli sürmək üçün olduqca nikbin və təşəbbüskardırlar. Hətta bizim bugünkü geniş tərkibdə görüş çərçivəsində yeni təşəbbüslər irəli sürüldü və mən əminəm ki, Sizin ölkənizə növbəti səfərimizə qədər həmin təşəbbüslər də reallaşdırılacaqdır. Bizim münasibətlər səmimilik, qarşılıqlı hörmət və qarşılıqlı dəstəklə səciyyəvidir. Bundan əlavə, bir daha deməliyəm ki, biz əməkdaşlığımızın konkret nəticələrini görəndə bu, bizi daha da ruhlandırır və biz öz münasibətlərimizin daha yeni sahələrini tapmağa çalışırıq. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır, əksinə, onlar bir-birini qarşılıqlı tamamlayır. Humanitar sahədə əməkdaşlıq xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanda Belarus xalqına böyük rəğbət, Sizin ənənələrinizə, mədəniyyətinizə böyük maraq vardır. Biz Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik. Hesab edirik ki, Sizin ölkənizi tanıyırıq.
Bizim həyata keçirdiyimiz layihələr üzrə əmtəə dövriyyəsinin mal nomenklaturasına nəzər salsaq, bu layihələr bütün sahələri əhatə edir. Bizim əməkdaşlığımızın siyasi, iqtisadi, energetika, nəqliyyat, sənaye istiqamətləri bu gün tam həcmdə reallaşır. Bu işdə Sizin böyük xidmətiniz var, hörmətli Aleksandr Qriqoryeviç.
Mən bu fürsətdən istifadə edib Sizə və bütün Belarus xalqına yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Biz həmişə Sizin yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik və başlanmış işləri birlikdə məntiqi sona çatdıracağıq. Qonaqpərvərliyə və səmimi qəbula görə bir daha təşəkkür edirəm" Prezident çıxışında bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə bəyanatla çıxışında deyib:

"Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq.
Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz.
Bu sözləri ona görə deyirəm ki, mən Azərbaycan Prezidentinin "Xalqlar dostluğu" ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişəm. Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir".

Lukaşenko əmindir ki, hər iki ölkə strateji tərəfdaşlığı inkişaf etdirməklə münasibətləri daha yüksək səviyyəyə çatdırmaq iqtidarındadır.

"Bu gün biz çox məsələlər haqqında razılığa gəldik. Bəzən gözlənilmədən yeni-yeni layihələr və əməkdaşlığımızın yeni kontraktları yaranır. Əgər bizdən asılı olarsa, biz Azərbaycanda təkcə müştərək istehsalat layihələrini deyil, elmi-texniki sahədə də layihələr həyata keçirmək əzmindəyik. Əgər Sizə lazımdırsa, biz gücümüz çatan istiqamətlər üzrə Sizin mütəxəssislərinizi də hazırlaya bilərik. Biz də öz növbəmizdə ümid edirik ki, Sizdə olan və Belarusda olmayan istiqamətləri inkişaf etdirməkdə və mütəxəssislər hazırlamaqda bizə kömək edərsiniz.
Əməkdaşlığımızın bünövrəsini vaxtilə biz Heydər Əliyev ilə birlikdə yaratmışıq. Lakin o vaxt mənim heç fikrimə də gəlməzdi ki, bizim ümumi evimizin, Azərbaycan ilə Belarusun qarşılıqlı münasibətlərinin yaranmasında bu qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri üzrə Sizin dəstəyiniz sayəsində mümkün olmuşdur. On il ərzində Sizinlə biz çox iş görmüşük, heç bir başqa ölkə bu qədər iş görməmişdir. Bir daha vurğulayıram, mütəxəssislərimiz, Belarus və Azərbaycan nümayəndə heyətlərinin üzvləri, sözün yaxşı mənasında, bu əməkdaşlığı inkişaf etdirmək sahəsində bizim ideyalara yoluxmuşlar. Yeni layihələrin, təşəbbüslərin yaranması ona dəlalət edir ki, biz Azərbaycan ilə Belarus arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç dəfə artıra bilərik. Mən artıq demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini burada sadalamayacağam, - qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə, hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş spektr vardır. Burada heç bir qapalı mövzu yoxdur.
Bu gün biz Belarus iqtisadiyyatına investisiyalar barədə danışdıq. Əgər Azərbaycanın bu cür marağı olarsa, Siz Belarusda ən prioritet imkanlar əldə edəcəksiniz. Çünki biz bir-birimizi tanıyırıq, çünki Azərbaycan bizi heç vaxt məyus etməyibdir. Bizim kənardan investisiyalara, xüsusən Belarus müəssisələrinin özəlləşdirilməsi zamanı belə investisiyalara necə səliqəli və diqqətli yanaşdığımızı Siz bilirsiniz. Biz o barədə də danışdıq ki, gənclər gələcəyimizdir. Biz təhsil məsələlərində əməkdaşlığı genişləndirməyə hazırıq. Burada biz xeyli irəliləmişik və bu istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Bir sözlə, bu gün bizim problemlərimiz yoxdur, möhtəşəm vəzifələr var və Azərbaycan Prezidenti ilə biz bütün bu məsələləri həll etmək əzmindəyik.
Məni növbəti dəfə gözəl ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə minnətdaram. Biz nümayəndə heyəti ilə hökmən Bakıya gələcəyik və orada bizim burada, Belarusda əldə etdiyimiz razılaşmalara artıq nəzarət etməyə imkanımız olacaqdır.
Mütəxəssislərdən ibarət geniş nümayəndə heyəti ilə bizə gəldiyinizə görə sağ olun. Bu, dəyərli addımdır, bu, bizim əməkdaşlığımızı irəlilədir" Belarus Prezidenti bildirib.

İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib (FOTO)
Meşədə gizli şəkildə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO)
Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür
Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib (FOTO)
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
Azərbaycanda qızıl və gümüş bahalaşır
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)
Dağlıq Qarabağın azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Dağlıq Qarabağın azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarx hazırlayıb
Mərkəzi Bank uçot dərəcəsini endirdi
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair statistik məlumatlar açıqlanıb
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir? - Açıqlama
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Hacıqabulda usta şirkətin damından yıxıldı
Ermənistanda 239 yeni yoluxma qeydə alınıb
Karantin rejimini pozan restoran aşkarlanıb
Tamam Cəfərova: Uğurlu iqtisadi siyasət postpandemiya dövründə Azərbaycanın ən hazırlıqlı ölkələr sırasında olmasına imkan verəcək
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb
Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq
SOCAR-da satınalmalar necə həyata keçirilir?
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi
Pərvin Kərimzadə: ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir
"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
Qaradağda lift ustasının ölümü ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Bərpa olunan Çıraqqaladan son görüntülər (FOTO)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?
Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 38 dəfə pozub
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Bərdədə ev yanıb
bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
Goranboyda yük avtomobili yanıb
Qazaxıstanda daha 78 nəfər koronavirusa yoluxub
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır
Çavuşoğlu və NATO-nun baş katibi arasında telefon danışığı olub
Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Türkiyədə zəlzələ baş verib
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Moskvada bir sıra aviareys ləğv edilib
Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb
Bakıda bərbərxana yanıb
Suriyada güclü partlayış baş verib
Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb
BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
İpəyimiz dünya bazarlarına ixrac oluna bilər
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib
"İnstaqram"ın işində qüsurlar yaranıb
Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib
Türkiyədə koronavirusdan sağalanların sayı 263 min nəfəri ötüb
Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb (FOTO)
Daha çox hansı ölkələrə məhsul ixrac edirik?
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
Bütün xəbərlər