...

Pakistan və Əfqanıstan prezidentlərinin Azərbaycana səfəri gözlənilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Sentyabr 2012 17:36 (UTC +04:00)
Pakistan Prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Pakistan və Əfqanıstan prezidentlərinin Azərbaycana səfəri gözlənilir (ƏLAVƏ OLUNUB)

Əfqanıstan Prezidentinin səfəri haqqında məlumat əlavə olunub (ilk xəbər 17:10-da yayılıb)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir S.Ağayeva/

Pakistan Prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Səfər oktyabrın 15-18-nə nəzərdə tutulub və işgüzar xarakter daşıyır. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Səfər zamanı Pakistan Prezidentinin Azərbaycan rəhbərliyi ilə görüşü gözlənilir.

Səfəri zamanı Pakistan Prezidentini sammit ərəfəsində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin XİN rəhbərlərinin görüşündə ölkəni təmsil edəcək xarici işlər naziri müşayiət edəcək.

Həmçinin Əfqanıstanda akkreditə olunmuş səfir Şikarov bildirib ki, sammitin işində Əfqanıstan Prezidenti Həmid Karzainin iştirakı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti