...

Roland Kobia: Azərbaycan hökuməti azad KİV üçün çox işlər görüb

Siyasət Materials 25 Sentyabr 2012 11:18 (UTC +04:00)
Avropa İttifaqı üçün KİV azadlığı əsas dəyərlərdən biridir və Qərb təkcə başqa ölkələrdə deyil, Avropada da KİV-in bütün məhdiyyətlərini pisləyir.
Roland Kobia: Azərbaycan hökuməti azad KİV üçün çox işlər görüb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbirlər E.Tarıverdiyeva, A.Bədəlova/

Avropa İttifaqı üçün KİV azadlığı əsas dəyərlərdən biridir və Qərb təkcə başqa ölkələrdə deyil, Avropada da KİV-in bütün məhdiyyətlərini pisləyir. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan üzrə missiyasının rəhbəri Roland Kobia Bakıda keçirilən "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" adlı beynəlxalq konfransda bildirib.

Kobianın sözlərinə görə, o, bu istiqamətdə Azərbaycan hökumətinin atdığı bir çox müsbət addımların şahidi olub.

Səfir qeyd edib ki, Azərbaycan noyabrda elektron hökumət üzrə mühüm və nüfuzlu foruma ev sahibliyi edəcək. Onun sözlərinə görə, Avropa Komissiyasının rəqəmsal məsələlər üzrə vitse-prezidenti xanım Neli Kresin də həmin forumda iştirakı planlaşdırılır.

"Bu tədbir ölkənin mühüm məsələlərin müzakirəsinə hazırlığını sübut edir. Bu forum Azərbaycan üçün ölkənin inkişafını və real ambisiyaları nümayiş etdirmək imkanı verəcək", - Kobia deyib.

O əlavə edib ki, bu, Azərbaycan üçün, habelə buna layiq olan sahələrdə həllərin tapılması üçün gözəl imkan olacaq.

Xəbər lenti

Xəbər lenti