Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
RLS-in tikintisi və təchizatının təyin edilən 2020-ci ildən əvvəl başa çatdırılması planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə çərşənbə axşamı Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı Oleq Ostapenko deyib.
"Yaxın vaxtlarda daha bir sıra obyektlərin tikintisinə başlamağı nəzərdə tutmuşuq. Buna görə də böyük proqramımız var, 2020-ci ilədək silahlanma proqramı Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib", - Ostapenko bildirib.
Onun sözlərinə görə, hazırda Ali Baş Komandan bu proqramı vaxtından əvvəl başa çatdırmağı qarşıya məqsəd qoyub.
Ostapenko deyib ki, bu tapşırıq yerinə yetiriləcək.