Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizə yeni təyin olunmuş səfiri Möhsün Pakayini qəbul edib.
İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Azərbaycanın dini liderinin İran dövlətinə səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ümumən, din xadimlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında dini əlaqələrin inkişafına öz töhfəsini verdiyini, onların intensivliyinin artırılmasının vacibliyini bildirib.