...

XİN: İsrail yaxın günlərdə Qəzza sektoruna qoşun yeridə bilər

Siyasət Materials 16 Noyabr 2012 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

İsrail hərbi əməliyyatları quruda davam etdirərək yaxın günlərdə Qəzza sektoruna qoşun çıxara bilər. Bununla belə, quruda əməliyyatlardan hələ də yayınmaq olar. Trend-in məlumatına görə, bu barədə İsrailin xarici işlər nazirinin müavini Danni Ayalon CNN telekanalına müsahibəsində deyib.

İsrail ordusu bu gün quru qoşunların Qəzza sektoruna hücum etməsi ilə bağlı hazırlıqların başa çatdığını elan edib. Ayalon müsahibəsində bildirib ki, hələlik məsafədən zərbələrlə həyata keçirilən əməliyyatın genişləndirilməsi haqqında qərarın qəbul edilməsində həlledici amil Fələstin silahlıları tərəfindən raket zərbələrinin davam etdirilməsi və ya dayandırılması olacaq.

"Əgər növbəti 24-36 saat ərzində bizə raket zərbələri endirilərsə, fikrimcə, bu, əməliyyatın başlanğıcı olacaq, - o qeyd edib. - Biz zərurət olmadan Qəzzaya daxil olmaq istəmirik, lakin onlar bizə atəş açmaqda davam edirlər. Yerüstü əməliyyat variantı hələ də nəzərdən keçirilir. Bizim çox sadə və konkret hədəflərimiz var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti