Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
İran "Donanma həftəsi" çərçivəsində milli Hərbi Dəniz Donanması üçün "Ghadir" tipli iki yeni sualtı qayıq və hava yastıqlı iki kater istismara verəcək. Bu barədə bazar ertəsi Trend IRNA agentliyinə istinadən məlumat verir.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari deyib ki, ölkə mütəxəssisləri hərbçiləri sualtı qayıqların şəraitinə hazırlamaq üçün istifadə ediləcək sualtı qayığı xatırladan xüsusi trenajorlar da yaradıblar.