Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvikunu qəbul edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvikun təşkilatın baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsində ona uğurlar arzulayıb.
Görüşdə region ölkələri arasında əlaqələrin genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rolu vurğulanıb, Təşkilatın Parlament Assambleyasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunacaq məsələlərin əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.