İrlandiya, Dublin, 6 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/
2013-cü ildə Bakıda GUAM sammiti keçiriləcək. Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə cümə axşamı Dublində jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Sammitin 2012-ci ildə keçirilməsi planlaşdırılırdı, lakin texniki səbəblərdən sammit gələn ilə keçirilib.
Sammitin dəqiq tarixi hələlik məlum deyil.
"Biz özümüz sammitin keçirilmə tarixini prezidentlərin qrafikinə uyğun müəyyənləşdirməliyik", - Məmmədyarov deyib.
Azərbaycan hazırda təşkilata sədrlik edir.