...

Əli Əhmədov: Azərbaycan cəmiyyətinin prezident seçkiləri ilə bağlı rəyi artıq qəti şəkildə ifadə edilməkdədir

Siyasət Materials 22 Dekabr 2012 12:54 (UTC +04:00)
2013-cü il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi ildir. Hesab edirəm ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin rəyi artıq qəti şəkildə ifadə edilməkdədir.
Əli Əhmədov: Azərbaycan cəmiyyətinin prezident seçkiləri ilə bağlı rəyi artıq qəti şəkildə ifadə edilməkdədir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/

2013-cü il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi ildir. Hesab edirəm ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Trend-in məlumatına görə, bunu YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov 600 mininci üzvə partiyanın vəsiqəsinin təqdim edilməsi mərasimində deyib.

Əhmədov bildirib ki, həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü ilin prezident seçkilərində yeganə namizəd kimi İlham Əliyevi görür.

"Hesab edirəm ki, belə rəyin formalaşmasının qəti şəkildə ciddi əsasları var. Azərbaycan ötən illər ərzində həyata keçirilən iqtisadi siyasət nəticəsində dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti olub. Ötən illər ərzində Azərbaycanda insanların rifahında çox ciddi dəyişiklilər baş verib", - Əhmədov deyib.

O bildirib ki, ölkəmiz üçün uğurlu il olan 2012-ci il YAP üçün də xeyli uğurlu olub, beynəlxalq sahədə bir çox uğurlu addımlar atılıb.

Əhmədov deyib ki, 2013-cü ilə də 2012-ci ilin uğurları əsasında gedirlər.

YAP rəsmisinin fikrincə, 2013-cü il də Azərbaycan üçün uğurlu olacaq. Azəraycanda iqtisadiyyatın yaxşılaşdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində gələn il də böyük layihələr ili olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti