...

Azərbaycan Parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib

Siyasət Materials 28 Dekabr 2012 13:36 (UTC +04:00)
Azərbaycan Parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.
Azərbaycan Parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında qəbul edilən müraciətdə millət vəkilləri Azərbaycan xalqını və millətini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

"Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir", - müraciətdə deyilir.

Qeyd olunur ki, Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.

Millət vəkilləri xalqı ümummilli məqsədlərin gerçəkləşməsi, xalqın mənafelərinin qorunması naminə birliyə çağırıb.

Spiker Oqtay Əsədov deyib ki, payız sessiyasında 21 iclas keçirilib, 253 qanun qəbul edilib. Xarici əlaqələr də aktiv olub. Millət vəkilləri qanunvericilik səlahiyyətini tam icra edib, il ərzində 44 ölkəyə 297 səfər edib, 4 ölkədə prezident, 7 ölkədə parlament seçkilərində iştirak edib. 48 ölkədən Azərbaycana səfər edilib, 15 beynəlxalq təşkilatdan 156 nümayəndə heyəti, ümumilikdə 1091 xarici nümayəndə Azərbaycan parlamentində qəbul olunub, eləcə də 5 beynəlxalq böyük parlament tədbiri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti