...

ATƏT Azərbaycanda jurnalistlərin azad olunmasını alqışlayır

Siyasət Materials 28 Dekabr 2012 14:42 (UTC +04:00)
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda həbs edilmiş iki jurnalist və bloqqerin azadlığa buraxılmasını alqışlayıb.
ATƏT Azərbaycanda jurnalistlərin azad olunmasını alqışlayır

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda həbs edilmiş iki jurnalist və bloqqerin azadlığa buraxılmasını alqışlayıb.

Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Miyatoviç bunu jurnalistlərin azad şəkildə fəaliyyətinə şərait yaradılmasına kömək edə biləcək addım kimi dəyərləndirib.

Qeyd edək ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev 87 məhkumun əfv edilməsi barədə sərəncam imzalayıb. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərov və Taleh Xasməmmədov, müxalifətçi Şahin Həsənov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti