...

Elmar Məmmədyarov BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi ilə görüşüb

Siyasət Materials 18 Yanvar 2013 17:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident əlaqələndiricisi Antoniues Broeki qəbul edib.
Elmar Məmmədyarov BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident əlaqələndiricisi Antoniues Broeki qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı regionda və ümumilikdə beynəlxalq aləmdə baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın xarici ölkələrdə humanitar fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin Əfqanıstanda, eləcə də Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr təqdirəlayiq hal kimi qeyd olunub.

Tərəflər gələcəkdə Azərbaycanla BMT İP arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti