...

Baş prokuror Zakir Qaralov: Destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin qarşısı qətiyyətlə alınacaq

Siyasət Materials 1 Fevral 2013 16:19 (UTC +04:00)
Bu gün keçirilən Azərbaycan Respublikası Baş Prokurorluğunun kollegiya iclasında baş prokuror Zakir Qaralov seperatçılıq, dini ekstremizm və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyillərin aradan qaldırılması istiqamətində səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
Baş prokuror Zakir Qaralov: Destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin qarşısı qətiyyətlə alınacaq

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün keçirilən Azərbaycan Respublikası Baş Prokurorluğunun kollegiya iclasında baş prokuror Zakir Qaralov seperatçılıq, dini ekstremizm və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyillərin aradan qaldırılması istiqamətində səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiyada 2013-cü ildə ölkənin həyatında çox mühüm siyasi kampaniya və taleyüklü bir məsələ olan Azərbaycan Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar tərəfindən digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə azad və demokratik seçkilərin keçirilməsinin əsas şərti kimi Azərbaycan Respublikası ərazisində ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun stabilləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, seperatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyillərin aradan qaldırılması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Bildirilib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurması yaradılmasına, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti