Azərbaycan, Bakı, 15 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İran gələn İran təqvimində (martın 21-də başlayır) Fars körfəzində Oman ilə birgə təlimlər keçirəcək. Bu barədə Trend cümə günü "CHN Press" agentliyinə istinadən məlumat verir.
İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyari deyib ki, birgə təlimlər axtarış-xilasetmə əməliyyatlarının keçirilməsinə istiqamətlənəcək.
Səyyari, həmçinin bildirib ki, İranın hərbi dəniz qüvvələri ilk dəfə olaraq Sakit okeanda ekvator xəttini keçəcək.