...

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin görüşü martın 28-də keçiriləcək

Siyasət Materials 19 Mart 2013 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Mayya Pancikidzenin növbəti üçtərəfli görüşü martın 28-də Batumidə keçiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı keçirilən brifinqdə deyib.

"Bu görüşün keçirilməsi ilə bağlı təşəbbüsü artıq hər üç ğölkə dəstəkləyib", - nazir deyib.

Bu formatda sonuncu üçtərəfli görüş 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti