...

Əsgər anaları Azərbaycan Prezidentinə müraciət etdilər

Siyasət Materials 27 Mart 2013 17:58 (UTC +04:00)
Bir qrup əsgər anası Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayaraq Azərbaycan Ordusunda əsgərlər üçün yaradılmış şəraitdən razılığını bildirib.
Əsgər anaları Azərbaycan Prezidentinə müraciət etdilər

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Bir qrup əsgər anası Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayaraq Azərbaycan Ordusunda əsgərlər üçün yaradılmış şəraitdən razılığını bildirib.

Trend-ə daxil olan müraciətdə deyilir:

"Cəmiyyətin bütün sahələrinə olan diqqət və qayğınız, insanların sosial səviyyəsinin yüksəlməsi üçün imzaladığınız sərəncamlar hər bir vətəndaşın qəlbində nurlu gələcəyə inam yaradır.

Siz Prezident seçilərkən "Mən hər bir azərbaycanlının prezidentiyəm" demişdiniz. Həqiqətdir! Siz həm də hər bir əsgərin prezidenti və himayədarısınız.

İllər öncə digər inkişaf etmiş orduların sosial şəraitini görürdük, gördüklərimizi əlçatmaz hesab edirdik və belə imkanların Azərbaycan əsgərləri üçün yaradılmasını arzulayırdıq.

Amma Aizin ordumuz, əsgərlərimiz üçün yaratdığınız şəraiti gördükdə nə qədər yanıldığımızı anladıq. Məhz Sizin əvəzsiz xidmətiniz sayəsində bu gün Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə bir sırada dayanmağa qadirdir".

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində xidmət edən oğullarının sosial vəziyyəti, xidməti, istirahəti üçün yaradılan şəraiti gördükdən sonra nigarançılıqlarına son qoyulduğunu bildirən əsgər anaları buna görə bütün analar adından ölkə Prezidentinə, eyni zamanda, Daxili Qoşunların bütün komandirlərinə, zabitlərinə təşəkkürünü bildiriblər.

"Möhtərəm Prezident! Dahilərdən biri deyib ki, əgər əsgər xidmət etdiyi hərbi hissədən məhəbbətlə ayrılırsa, bu, ordunun uğurudur. Biz analar inanırıq ki, Sizin Ali Baş Komandan olduğunuz ordunun əsgərləri xidmət etdikləri hərbi hissəni böyük məhəbbətlə, dövlətinə, Vətəninə, Prezidentinə sevgi və sədaqət hissi ilə tərk edəcəklər!" - müraciətdə qeyd olunur.

Müraciət 25 əsgər anası tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti