Azərbaycan, Bakı, 15 aprel /Trend/
Misir məhkəməsi 2011-ci il inqilabı zamanı dinc nümayişçilərin öldürülməsi işi üzrə ölkənin keçmiş Prezidenti Hüsnü Mübarəkin həbsdən azad edilməsi barədə qərar qəbul edib.
Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata gröə, məhkəmənin bu qərarı ona azadlığa çıxmağa imkan verməyəcək.
Polis Akademiyasında keçirilən məhkəmə nümayişçilərin güllələnməsi işi üzrə Mübarəkin azad edilməsinə dair qərar qəbul edib, lakin bu qərar onun azadlığa çıxmasına imkan vermir, çünki o, korrupsiya ilə bağlı ən azı iki cinayət işi üzrə təqsirləndirilir.