Azərbaycan, Bakı, 1 may /Trend/
Azərbaycanın Təbrizdəki Baş konsulluğu Azərbaycan vətəndaşları - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmi işçi Xalidə Xalidin və onun Şamax adlı köməkçisinin İranda saxlanılması barədə yayılan məlumatları araşdırır.
"Baş konsulluq vətəndaşların saxlanılması barədə xəbəri KİV-lərdən öyrənib və hazırda bu məsələ araşdırılır", - Trend-ə Baş konsulluqdan bildiriblər.
Bir az əvvəl İran KİV məlumat yayıb ki, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid və onun Şamax adlı köməkçisi çərşənbə günü Təbrizdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda onların qaldığı yer məlum deyil.
İnstitutdan Trend-ə təsdiqləyiblər ki, bu əməkdaşlar Ədəbiyyat İnstitutunda işləyir.