...

Möhsün Pakayin: İran məhkəməsi Xalidə Xalidin işinə ədalətlə baxacaq

Siyasət Materials 15 May 2013 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Cəfərov/

İranın Məhkəmə Sistemi Azərbaycan vətəndaşı xanım Xalidə Xalidinin işi ilə bağlı ədalətli qərar çıxaracaq. Bunu çərşənbə günü Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir Xalidə Xalidin adi bir vətəndaş olaraq və turist kimi İrana səfər etdiyini və ölkənin qanunlarına zidd hərəkət edərək həbs olunduğunu bildirib: "Xalidə xanımın hərəkəti İran qanunlarına zidd olub. O, vətəndaş olaraq qanunazidd hərəkət törədib və onun həbs olunmasının iki ölkənin əlaqələrinə hər hansı mənfi təsir göstərəcəyinə əsas yoxdur".

Pakayin bildirib ki, İranın Azərbaycandakı səfirliyi aidiyyəti orqanlara Azərbaycan vətəndaşı xanım Xalidə Xalidin işinə baxılmasının tezləşdirilməsi haqqında öz məsləhətlərini verib.

Səfir əlavə edib ki, İran və Azərbaycan əlaqələri yüksələn xətt üzrə davam etdirilir.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti