...

Tunisdəki qarşıdurmada ölən və yaralananlar olub

Siyasət Materials 20 May 2013 00:21 (UTC +04:00)
Tunisin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtda Ənsaru əş-Şəria sələfi hərəkatının 700-dək üzvü ilə hüquq-mühafizə orqanları arasında toqquşma olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurmada 11 polis olmaqla 14 nəfər yaralanıb.
Tunisdəki qarşıdurmada ölən və yaralananlar olub

Azərbaycan, Bakı, 20 may / Trend /

Tunisin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtda Ənsaru əş-Şəria sələfi hərəkatının 700-dək üzvü ilə hüquq-mühafizə orqanları arasında toqquşma olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurmada 11 polis olmaqla 14 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, yaralılardan biri xəstəxanada ölüb.

Qeyd edək ki, hərəkat mənsubları illik yığıncaqlarının keçirilməsi üçün gəldikləri paytaxtı artıq tərk etməyə başlayıblar.

Tunisin Daxili İşlər Nazirliyi hərəkat üzvlərinin illik yığıncağının keçirilməsinin qanunlara zidd olduğunu da bildirib.

Qeyd edək ki, Ənsaru əş-Şəria hərəkatının üzvləri Tunisdə şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq istəyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti