...

İranda azadlığa buraxılan azərbaycanlılar hələ də Baş Konsulluğa təhvil verilməyiblər

Siyasət Materials 3 İyun 2013 13:11 (UTC +04:00)
İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsamilova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov hələ də Baş Konsulluğa təhvil verilməyiblər.
İranda azadlığa buraxılan azərbaycanlılar hələ də Baş Konsulluğa təhvil verilməyiblər

Azərbaycan, Bakı, 3 iyun / Trend, müxbir T.Cəfərov/

İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov hələ də Baş Konsulluğa təhvil verilməyiblər. Bu barədə Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan Trend-ə verilən məlumatda bildirilir.

Baş Konsulluğun məlumatında, həmçinin bildirilir ki, bu istiqamətdə işlər davam etdirilir və onların Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı danışıqlar mütəmadi olaraq aparılır.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxılıdığını açıqlasa da hələki onlar Azərbaycan tərəfinə təhvil verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti