...

İranda həbs olunmuş Azərbaycan vətəndaşları ölkəmizə qayıtdılar (Yenilənib)

Siyasət Materials 6 İyun 2013 14:28 (UTC +04:00)
İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov bu gün Azərbaycana qayıdıblar. Trend-in məlumatına görə, onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə ilə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər.
İranda həbs olunmuş Azərbaycan vətəndaşları ölkəmizə qayıtdılar (Yenilənib)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir T.Cəfərov/

İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov bu gün Azərbaycana qayıdıblar. Trend-in məlumatına görə, onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə ilə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxıldığını açıqlasa da, bu günə qədər onlar Azərbaycan tərəfinə təhvil verilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti