...

Yerevan Suriya erməniləri üçün "Yeni Hələb" inşa edəcək

Siyasət Materials 8 İyun 2013 16:23 (UTC +04:00)
Yerevan hakimiyyəti Suriyadakı münaqişədən dolayı Ermənistana qaçan Suriya erməniləri üçün "Yeni Hələb" inşa edəcək.
Yerevan Suriya erməniləri üçün "Yeni Hələb" inşa edəcək

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Yerevan hakimiyyəti Suriyadakı münaqişədən dolayı Ermənistana qaçan Suriya erməniləri üçün "Yeni Hələb" inşa edəcək.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, diaspor naziri Hranuş Hakopyanın açıqlamasına görə, Yerevan yaxınlığındakı Araqatsotn bölgəsində qurulacaq "Yeni Hələb"ə ilkin olaraq 600 ailə köçürüləcək.

Bunun üçün maliyyə mənbəyinin axtarışı isə davam edir. Ölkədəki 30 sənətçinin iştirakı ilə açılacaq rəsm sərgisinin gəlirləri də bu bölgə üçün istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti