...

“Stratfor”un direktoru: Azərbaycanla işbirliyi ABŞ-ın maraqlarındadır

Siyasət Materials 12 İyun 2013 14:02 (UTC +04:00)
Bu gün dünyanın üç aparıcı ölkəsinin, Rusiya, Türkiyə və İranın maraqları Azərbaycanın üzərində kəsişir.
“Stratfor”un direktoru: Azərbaycanla işbirliyi ABŞ-ın maraqlarındadır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbirlər E.Tariverdiyeva, A.Bədəlova/

Bu gün dünyanın üç böyük dövlətinin, Rusiya, Türkiyə və İranın maraqları Azərbaycanın üzərində kəsişir. Trend-in məlumatına görə, bu barədə amerikalı politoloq, "Stratfor" özəl kəşfiyyat-analitik təşkilatının yaradıcısı və direktoru Corc Fridman "Forbes" jurnalında nəşr olunan məqaləsində bildirir.

Onun sözlərinə görə, "Sonrakı 100 il" adlı kitabının nəşr olunduğu zamanı, 2008-ci ildən etibarən bir neçə dəfə Azərbaycana səfər edib. Bu kitabda Fridman Azərbaycanı qlobal sistemi formalaşdıran kritik geosiyasi vahidlərdən biri kimi qiymətləndirib: "Mən hələ də Azərbaycanı böyük əhəmiyyətə malik ölkə kimi qiymətləndirirəm. Mən heç vaxt bunu unuda bilmərəm: Hitler Bakıya və onun neftinə sahib olmaq üçün hər şeylə risk edirdi".

Fridmanın sözlərinə görə, onun bu ölkəyə son səfəri Amerika-Azərbaycan münasibətlərinə həsr olunan konfrans zamanı olub.

O yazır ki, ABŞ-da müəyyən sayda insanlar var ki, Azərbaycanla olan münasibətlərin qayğısına qalırlar və onların əksəriyyəti bəzi konqresmenlər, dövlət nümayəndələri və xeyli sayda azərbaycanlılarla birgə orada idi.

Müəllif hesab edir ki, ötən dövrlə müqayisədə Azərbaycanla maraqlanan amerikalıların sayı kəskin şəkildə artıb.

Lakin Fridmanın fikrincə, ABŞ öz maraqlarını qorumalı olduğundan onların sayı daha da artıq olmalıdır. Çünki Azərbaycanla işbirliyi elə ABŞ-ın maraqlarındadır və onun təmkinliyindən lazımsız risklər yaranır: " Mən yaxın 100 ildə Avropa İttifaqının ciddi zəifləməsindən Rusiyanın qüdrətinin nisbi artımına qədər bir sıra hadisələri proqnozlaşdırıram. Bu bizi bir daha Rusiya və İranla sərhədi olan Azərbaycana yönəldir".

Fridman qeyd edir ki, Azərbaycan enerji kimi resurslara malikdir. Fridman hesab edir ki, Rusiyanın strategiyası Avropanın Rusiya energetikasından olan asılılığını saxlamaq və dərinləşdirməkdən ibarətdir. Bununla da Rusiya öz təsirini gücləndirə və Rusiyanın milli təhlükəsizliyi üçün riskləri azalda bilər.

Onun sözlərinə görə, ABŞ yalnız öz milli təhlükəsizliyi üçün əsas məsuliyyəti üzərinə götürə bilən ölkələri dəstəkləyə bilər. Müəllif yazır ki, ABŞ bu təhlükəsizlik üçün əsas mənbə ola bilməyəcək.

Fridman hesab edir ki, Azərbaycan Amerikanın tamhüquqlu müttəfiqi kimi bütün xüsusiyyətlərə malikdir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi səbəbindən ABŞ-da olan güclü erməni icması Azərbaycana düşmənçilik münasibətləri bəsləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti