...

Almaniyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Siyasət Materials 14 İyun 2013 18:10 (UTC +04:00)
Almaniyanın Azərbaycanda yeni səfiri Haydrun Tempel (Heidrun Tempel) olacaq.
Almaniyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir S.Əhmədova/

Almaniyanın Azərbaycanda yeni səfiri Haydrun Tempel (Heidrun Tempel) olacaq. Bu barədə cümə günü Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, Haydrun Tempelin namizədliyi Azərbaycan hökuməti ilə razılaşdırılıb.

Qeyd edək ki, Haydrun Tempel Herbert Kvelleni əvəz edəcək.

Herbert Kvelle iyul ayında Azərbaycanda diplomatik missiyasını başa vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti