...

Egemen Baxış: Dövlət aksiyaçıları terror təşkilatının üzvü kimi qəbul etmək məcburiyyətində qalacaq

Siyasət Materials 16 İyun 2013 15:06 (UTC +04:00)
Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış polisin Taksim Gezi parkı aksiyalarına müdaxiləsindən sonrakı vəziyyəti dəyərləndirib.
Egemen Baxış: Dövlət aksiyaçıları terror təşkilatının üzvü kimi qəbul etmək məcburiyyətində qalacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış polisin Taksim Gezi parkı aksiyalarına müdaxiləsindən sonrakı vəziyyəti dəyərləndirib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Baxış bildirib: "Xüsusilə bu aksiyalara bu gün dəstək verən bütün vətəndaşlarımızdan xahiş edirəm ki, evlərinə dönsünlər. Dövlət bu saatdan etibarən orada olacaq hər kəsi terror təşkilatının üzvü kimi qəbul etmək məcburiyyətində qalacaq".

Qeyd edə ki, hazırda Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İstanbul və Ankarada etirazlar davam edir, polis aksiyaçıların toplaşmasının qarşısını alır.

Xəbər lenti

Xəbər lenti