Azərbaycan, Bakı, 17 iyun /Trend/
Gürcüstanın sabiq baş naziri Vano Merabişvili aclıq aksiyasına başlayıb. Trend-in məlumatına görə, həbs edilmiş sabiq baş nazirin vəkili Qiorqi Civiaşvili jurnalistlərə bildirib ki, Merabişvili kamerasına televizor tələb edir, eyni zamanda, ailə üzvlərinin onun rəsmi şəkildə təsdiqlənmiş maliyyəsindən istifadə etməsinə icazə verilməsini istəyir.
Qeyd edək ki, Merabişvili 9 saylı həbsxanadadır.
Bir müddət əvvəl avropalı ekspert Tomas Hammerberq sabiq baş nazirə baş çəkib və onun televizorla təmin ediləcəyinə söz verib.